AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pul saxlamaq və ya investisiya qoymaq üçün qızıl etibarlı seçimdir? - AÇIQLAMA

  • + A
  • - A
  • 2-10-2022, 19:20

    Pul saxlamaq və ya investisiya qoymaq üçün qızıl etibarlı seçimdir? - AÇIQLAMA


    Pulu saxlamaq üçün ən etibarlı yol hansıdır: qızıl, bank, yoxsa dollar?

    İnsanlar əllərindəki pulu saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Son illərin ən etibarlı üsulu isə pulu dollara çevirərək saxlamaqdır. Ona görə də 2014-cü ildən sonra bankların dollar satışı kəskin artıb. Nəticədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 8 ildə 14 milyarddan 7,7 milyar dollara düşüb. Çünki çeşidli səbəblərdən vətəndaşlar pullarını banklara qoyaraq əlavə gəlir əldə etmək yerinə, yastıq altında saxlamağı üstün tuturlar. Yəni pulunu bankda qorumaq sıravi insanlar üçün heç də bir seçim deyil.

    Güvənli metodlardan bir digəri isə pulu qızıla çevirməkdir. Bütün dövrlərdə əksəriyyət buna meyl edib və pulunu qızıl şəklində saxlamaqdan çəkinməyib. Lakin məlumdur ki, qızılı heç də həmişə alınan qiymətə satmaq mümkün olmur. Son aylar qızıl qiymətində tez-tez qalxıb-enmələr müşahidə edilir.

    Maraqlıdır, belə olan təqdirdə pulu qızıla çevirərək saxlamaq və ya qızıla investisiya qoymaq üçün nə dərəcədə etibarlıdır?

    İqtisadçı-ekspert Emin Qəribli Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu gün qızıla tələbin çox olma səbəbi mərkəzi bankların qızılı ehtiyat rezervi kimi alıb saxlamasıdır:

    “Qızıl dövlət səviyyəsində əldə olunan bir resursdur. Qızıl alışında Çin, Yaponiya, ABŞ birinci yerdədir. O, elə bir əmtəədir ki, iqtisadiyyat qeyri-stabil olanda qiymətli kağızlar bazarına təsir göstərir. Qiymətli kağızlar bazarında müvafiq resurslar dəyərdən düşürsə, investorlar və dövlətlər qızıla müraciət edirlər. Çünki həmin vaxt qızıldan daha çox gəlir əldə etmək olur. Ancaq iqtisadi artım baş verəndə, qiymətli kağızlarların dəyəri artanda qızıla elə də üstünlük verilmir”.

    Vətəndaşlara gəldikdə isə ekspert bildirib ki, pul saxlamaq qızıl alan şəxslər onu sikkə və ya külçə şəklində alsınlar, belə etsələr, uduzmazlar:

    “İmkanlı insanlar qızılı 200-500 qramlıq külçə şəklində alırlar. Belə alanda isə qızıl dəyərini itirmir, çünki əl işi olmur və satanda sırf qızıl dəyərinə satanda sırf qızıl dəyərinə satılır. Qızıl alqı-satqısı elədir ki, bir çox hallarda vətəndaşa qızıl satarkən ona əl işi kimi baxılır və zərgərin zəhmət haqqı da qiymətə əlavə olunur, lakin vətəndaş özü qızılı satmaq qərarına gələndə artıq məhsul sadə qızıl qiymətinə alınır”.

    Emin Qəriblinin sözlərinə görə, bu gün iqtisadiyyatda əsas problem likvitliklə bağlıdır:

    “İqtisadçılar likvit axtarışındadır. Çünki likvit resursları siz istənilən vaxt satıb pula çevirə bilərsiniz. Bu sarıdan daşınmaz əmlak və qızıl dəyər baxımından müəyyən dövr üçün daha stabil görünür. Qızıl əsrlər boyu likvit rolunu oynayıb, bundan sonra da oynayacaq. Vətəndaşlara gəldikdə isə əvvəldə də dediyim kimi, onlar düzgün mövqe tutmalıdırlar. Əgər investisiya qoymaq istəyirlərsə, qızılı əl işi kimi, daha kiçik formada deyil, külçə və sikkə şəklində alsınlar.Yadıma gəlir, o vaxt Nikolayın beş rublunu alırdılar, çünkü o pul dəyərdən düşmürdü, əksinə get-gedə dəyər qazandı. İnvestisiya qoyarkən isə dünya iqtisadiyyatının düşdüyü vəziyyətdən asılı olaraq addım atmaq lazımdır”.

    Sayad Həsənli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR