Go Türkiye proqramı çərçivəsində Türkiyənin turizm imkanları tanıdılır.
Azadmedia.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin proqramı çərçivəsində
Türkiyənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosu dünyanın beş ölkəsindən nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşüb.
Belə ki, proqramda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Bosniya və Rumıniya olmaqla beş ölkədən jurnalistlər iştirak edir. Azərbaycanı Azadmedia.az və cebhe.info təmsil edir.
Nəzərinizə çatdıraq ki, “Go Turkiye” səfəri çərçivəsində İstanbul, Eskişehir, Afyon və Kütahya şəhərlərinin turizm potensialının tanıdılması nəzərdə tutulub.
Qeyd edək ki, səfər 6-11 oktyabr tarixlərini əhatə edir.
Ülkər Piriyeva