AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı idmançıları Avropa İdman həftəsində uğurlu nəticə göstəriblər - FOTO

  • + A
  • - A
  • 2-11-2022, 08:33

    Masallı idmançıları Avropa İdman həftəsində uğurlu nəticə göstəriblər - FOTO


    Avropa İdman Həftəsində Masallı idmançıları uğurlu nəticə göstəriblər.

    Azadmedia.az - Avropa komissiyasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində “Be Active” devizi altında Avropa İdman Həftəsində Masallı idmançıları uğurlu nəticə göstəriblər.

    Belə ki, müxtəlif yaş qrupları üzrə keçirilən yarışlar üç gün (28-30 oktyabr) davam edib.

    Kişilər arasında voleybol yarışında Masallı komandası birinci, mini futbol yarışında isə ikinci yerə sahib olub.
    Atletika yarışlarında isə - tullanma üzrə Toğrul Xəlilov (2.48 m) I, Aylin Quliyeva (1.65 m) II, Fidan Ağayeva (1.45 m) III, topatma üzrə Aylin Quliyeva (6.3 m) I, Leyla İbrahimova (5.8 m, Masallı) II, Fidan Ağayeva (5.40) III, 100 m. qaçış üzrə Aylin Quliyeva (17.40) II, Kros qaçışında Abuşov Əmrah I, Qurbanov Şahin II yeri tutub.

    Qeyd edək ki, İdman yarışında uğurla çıxış edən idmançılara görə Uşaq-Gənclər İdman Şahmat məktəbinin rəhbərliyinə və kollektivinə məşqçi müəllim Rövşən Süleymanova, Türkoba kənd S.Vurğun adına tam orta məktəbin rəhbərliyinə, həmçinin Süfəddin müəllimə dərin minnətdarlıq ifadə edilib.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR