Cari ilin noyabr ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın və meyvə şirəsinin qiymətlərində olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə edilib.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.