AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 19-12-2022, 18:13

    Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşüb - FOTO



    Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşüb.

    Azadmedia.az-a XİN-dən verilən məlumatda bildirilir ki, 19 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Görüşdə ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu vurğulanaraq, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı, energetika, alternativ enerji resurslarının inkişafı və digər sahələrdə geniş əməkdaşlıqdan məmnunluq ifadə olunub.

    Nazir Ceyhun Bayramov Azərbaycanın dost Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirdiyi bildirilib.

    Nazir iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib, həmçinin alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu vurğulayıb. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçdiyi və iki ölkə arasında biznes forumlarının əhəmiyyəti qeyd edilib.

    İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri və bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.

    Səudiyyə Ərəbistanı investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falehin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı görülən işləri və qazanılan nailiyyətləri təqdir edib. Səudiyyə Ərəbistanında ölkəmizdə energetika, xüsusilə “yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorların olduğunu qeyd edən nazir Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

    Görüşdə tərəflər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və regional səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR