AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MDB sammitində Putin-Əliyev-Paşinyan görüşü planlaşdırılırmı?

  • + A
  • - A
  • 26-12-2022, 02:55

    MDB sammitində Putin-Əliyev-Paşinyan görüşü planlaşdırılırmı?

    Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüşü planlaşdırılmır, baxmayaraq ki, İlham Əliyev və Nikol Paşinyan sammitdə iştirak edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İnterfaks-a bildirib.
    “Onlar (Azərbaycan prezidenti və Ermənistanın baş naziri) Sankt-Peterburqda olacaqlar, lakin üç nəfərlik görüş nəzərdə tutulmayıb”, - Peskov bildirib.
    Xatırladaq ki, sonuncu dəfə Putin, Əliyev və Paşinyan üçtərəfli formatda oktyabrın sonunda Soçidə görüşüb. Dekabrın 9-da Aİİ-nin Bişkek sammiti çərçivəsində Rusiya Federasiyasının prezidenti Ermənistanın baş naziri ilə ayrıca görüş keçirib.

    Daha əvvəl Peskov bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammit çərçivəsində danışmaq imkanı olacaq, lakin bu məsələ ilə bağlı konkret razılaşmalar olmayıb.

    Öz növbəsində Ermənistan tərəfi Paşinyanla Əliyev arasında bu ilin sonuna qədər görüşünün istisna edilmədiyini, lakin tarixi və yerinin dəqiqləşdirilmədiyini bildirib.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR