AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Afyon Bələdiyyə Başqanı Mehmet Zeybek - “Qardaş Azərbaycanın torpağı Zəngəzur Türk Dünyasının parlayan ulduzu olmaq potensialına malikdir” - REPORTAJ

  • + A
  • - A
  • 27-12-2022, 21:55

    Afyon Bələdiyyə Başqanı Mehmet Zeybek -  “Qardaş Azərbaycanın torpağı Zəngəzur Türk Dünyasının parlayan ulduzu olmaq potensialına malikdir” - REPORTAJ

    Afyon Bələdiyyə başqanı Mehmet Zeybek



    Afyonkarahisar Bələdiyyə başqanı Mehmet Zeybek Azadmedia.az-a olan özəl açıqlamasında - “Qardaş Azərbaycan Cümhuriyyətinin həm savaş meydanında, həm də masada II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsi qalib tərəf olaraq qardaş Azərbaycana böyük imkanlar yaratdı.
    Həmçinin Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi ialtında dəmir yumruq gücünə əzəli torpaqlarını - Qarabağı mənfur erməni işğalından azad etdi. Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin. Türkiyə Cümhuriyyəti hər zaman qardaş Azərbaycanın yanındadır. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Belə olan halda Türkiyənin təkcə Azərbaycanla deyil, bütün Yaxın Şərqlə ticarət həcmində yüksək səviyyədə artım olacaq. Zəngəzur dəhlizinin reallaşması ilə Türk Dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək. Xüsusilə, qardaş ölkənin torpağı Zəngəzur, Türk dünyasında birləşdirici rol oynayacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılışı Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəldəcək.” - Deyə bildirib.

    “Hər birinizi termal sular paytaxtına, Afyona hər zaman gözləyirik.” -


    Ülkər Piriyeva - Afyon (TÜRKİYE)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR