
2022-ci ilin 28 dekabr tarixində Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları İmperial şadlıq sarayında “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” bayramı münasibətilə tədbir keçirib.
Azadmedia.az xəbər verir ki, Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun akademik və inzibati heyət üzvlərinin iştirak etdiyi tədbirdə, öncə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında ET İnstitutunun rəhbəri professor, AMEA-nın müxbir üzvü İbrahim Həsən oğlu Cəfərov,
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkəmizdə “Şuşa İli” elan edilən 2022-ci ilin əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan İ.Cəfərov Həmrəylik Gününün əsas məzmununun milli mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyaları olduğunu vurğulayıb.
O eyni zamanda, iştirakçılara bayram təbriklərini çatdıraraq, cari ildə institutun əldə etdiyi nailiyyətlərdən bəhs edib və qarşıdan gələn yeni ildə Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarına, ailəsi üzvlərinə uğurlar arzulayıb.
Həmçinin tədbirin keçirilməsinə dəstək olan institutun həmkarlar İttifaqı komitəsinə, aqrar sahədə çalışan iş adamı Hüseyn Hüseynova, adının çəkilməsini istəməyən dostlara təşəkkür edib.
Bayramlarınız mübarək! Yaşasın Vətənimiz Azərbaycan!
Bayram tədbirində çıxış edənlər, ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram süfrəsi açılıb. Rəngarəng konsert proqramı, səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.