AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neft bitməyəcək, nəticələrimizə də bəs edər - Kalenkov

  • + A
  • - A
  • 8-01-2023, 16:20

    Neft bitməyəcək, nəticələrimizə də bəs edər - Kalenkov


    Dünyada neftin tükənəcəyindən qorxmağa dəyməz, “qara qızıl”ın mövcudluğu texnologiyanın inkişafından asılıdır.

    Bunu rusiyalı ekspert İlya Kalenkov deyib.

    “Neft bitməyəcək. Bu, təkcə bizim deyil, nəvə-nəticələrimizin əsrinə də bəs edər. Amma necə deyərlər, daş dövrü daşlar bitdiyi üçün bitmədi. Ola bilər ki, bəşəriyyət neft-kimyanı havadan sintez etməyi öyrənsin, sonra neftə ehtiyac qalmayacaq. Bu, gələcək texnologiyaların məsələsidir”, - Kalenkov bildirib.

    Onun sözlərinə görə, indi bəşəriyyət 3-3,5 kilometr dərinlikdən neft çıxarır və bu, neft hasilatı üçün norma hesab olunur:

    “Hətta 100 il əvvəl Bakıda neft vedrələrlə yığılırdı, yəni sadəcə olaraq quyu qazılırdı, orada su yox, neft var idi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR