AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Kənan Məmmədov ziyarət edilib

  • + A
  • - A
  • 16-01-2023, 09:54

    Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Kənan Məmmədov ziyarət edilib




    Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Kənan Məmmədov ziyarət edilib.

    Azadmedia.az - “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi II Qarabağ Müharibəsi qazisi Məmmədov Kənan Sərraf oğlunu ziyarət ediblər.

    Belə ki, ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Məmmədov Kənan Sərraf oğlu 25 avqust 1999-cu il tarixində Masallı rayon Sərçuvar kəndində anadan olmuş, 2005-2016-ci illərdə Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbində təhsil almış, 2017-2019-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız 2-ci qrup əlildir. Məmmədov Kənan Sərraf oğlu 01 oktyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl, Xocəvənd və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qazimiz Xocəvənd rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından ağır yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məmmədov Kənan Sərraf oğlu “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR