AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan bu raketlərimizə qarşı alternativ axtarır

  • + A
  • - A
  • 16-01-2023, 19:00

    Ermənistan bu raketlərimizə qarşı alternativ axtarır


    Ermənistan 70 kilometr mənzilli hava hücumundan müdafiə sistemi təchiz etməyi qarşısına məqsəd qoyub.

    İrəvan MRSAM hava hücumundan müdafiə sistemi almaq istəyir.

    Türkiyə mətbuatında dərc edilən məlumata görə, ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı böyük itkilər verərək uduzan Ermənistan müdafiəsini gücləndirmək üçün yollar axtarır.

    Bildirilir ki, rəsmi İrəvan diqqətini Hindistan və İsrailin birgə istehsal etdiyi orta mənzilli hava hücumundan müdafiə raket sisteminə yönəldib. Hindistan Ermənistana İsraillə birgə istehsal olunan 70 kilometrlik orta mənzilli MRSAM sisteminə alternativ olaraq, özünü istehsal etdiyi "Akaş" hava hücumundan müdafiə raket sistemlərini təklif edib.

    Bununla da Ermənistan Azərbaycanın İsraildən aldığı "Barak-8" hava hücumundan müdafiə sisteminə qarşı vasitə axtarır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR