AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Fərid Qayıbov Lerik Relax idman kulubunun Ağır atletika zalında idmançılarla və onlara yaradılan şəraitlə tanış olub - FOTO - Eksklüziv

  • + A
  • - A
  • 11-02-2023, 18:17

    Nazir Fərid Qayıbov Lerik Relax idman kulubunun Ağır atletika zalında idmançılarla və onlara yaradılan şəraitlə tanış olub - FOTO - Eksklüziv


    11 fevral, 2023-cü il tarixdə Gənclər və İdman naziri Fərid Qayibov, deputat İqbal Məmmədov, Ağır Atletika Federasiyasının nümayəndəsi Anar Hüseynov və Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov yeni təmir olunmuş Lerik Relax idman kulubunun ağır atletika zalında idmançılarla və onlara yaradılan şəraitlə tanış olub.

    Azadmedia.az xəbər verir ki, yeni istifadəya verilən zalda yaradılmış şəraitlə taniş olan qonaqlar, idmançılar və məşqçilərlə fikir mübadiləsi aparıblar. Söhbət zamanı regionlarda bu idman növünün
    inkişafının əhəmiyyəti və geniş təbliği xüsusi vurğulanıb.

    Deputat İqbal Məmmədov bildirib ki, “Məşq zalı yüksək standartlara uygun avadanlıqlarla təchiz olunub. Zövqlə dizayn edilmiş zalda körpücüklər, masa üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib. Bölgələrdə ən müasir standartlara cavab verən ağır atletika zallarının istifadəyə verilmasi bu idman növünün gənclər arasında
    populyarlaşmasını təmin edir.
    Maddi-texniki bazanın yaxşılaşdırılması artıq ağır atletika ila məşğul olmaq istəyənlərin sayını artırıb.
    Bölgələrdə yeni idman zallarının açılması ağır
    atletlərin müxtəlif səviyyəli yarışlara, o
    cümlədən beynəlxalq turnirlərə hazırlığını
    təşkil etməyə, o cümlədən yığma
    komandaların təlim-məşq toplanışlarının daha da yaxşı təşkil olunmasına imkan verir.”












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR