AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belçika və Almaniyanın zəlzələdən ziyançəkənlərə verəcəyi “Sürətli Viza” heç də asan olmayacaq - EKSKLÜZİV

  • + A
  • - A
  • 14-02-2023, 13:27


    Belçika və Almaniyanın zəlzələdən ziyançəkənlərə verəcəyi “Sürətli Viza” heç də asan olmayacaq - EKSKLÜZİV


    Belçika və Almaniyanın zəlzələ qurbanlarına verəcəyi “sürətli viza” asan olmayacaq.

    Azadmedia.az xəbər verir ki, Almaniya və Belçika ölkədə qohumları olan zəlzələ qurbanlarına “sürətli viza” verəcəklərini açıqladılar.

    Ancaq bu qərardan günlər sonra sürətli vizanın istənilən sürətlə həyata keçirilə bilməyəcəyi ortaya çıxdı.

    Kahramanmaraş zəlzələsindən sonra Almaniya və Belçika zəlzələdən zərər çəkən Türkiyə vətəndaşları üçün viza rejimini asanlaşdırmaq qərarına gəlib.

    Bu ölkələrdə qohumlarının himayəsində olan zəlzələ qurbanlarına 3 aya qədər viza veriləcək.

    Viza rejiminin sadələşdirilməsi çərçivəsində hələ də Belçikada olan və vizası bitmiş zəlzələ qurbanları vizalarını uzada biləcəklər.

    Türkiyədə evləri dağılanlar bir müddət geri qayıtmaq məcburiyyətində qalmayacaqlar.

    Bildirilir ki, Belçika və Almaniyanın Türkiyədə zəlzələdən zərərçəkənlərə verdiyi “sürətli viza” hüququ bürokratik əngəllər səbəbilə istənilən qədər tez həyata keçirilə bilmir.

    Belçika mətbuatının yazdığına görə, bütün əşyaları dağıntılar altında qalan zəlzələdən sağ çıxanlardan Şengen vizası almaq üçün az qala “dağ sənədləri” istənilir.

    Ona görə də səfirliklər və konsulluqlar nə qədər sürətlə hərəkət edirsə etsinlər, zəlzələ vizasının verilməsi hələ həftələr, hətta aylar çəkəcək.

    Belçika İmmiqrasiya İdarəsi Türkiyədən Belçikadakı qohumlarının yanına gəlmək istəyən zəlzələ qurbanları üçün "yanlış gözləntilər yaratmaq istəmədiyini" vurğulayır.

    Normalda təxminən 3 aya qədər davam edən viza prosedurları zəlzələ qurbanları üçün bir neçə həftəyə endiriləcək.

    Belçika və Almaniya bunun üçün adekvat kadr təminatı hazırlayır.

    Bununla belə, Belçika mətbuatının yazdığına görə, zəlzələ qurbanlarının əsl problemi bu zaman müddəti yox, bürokratik əngəllər olacaq.

    Avropadakı qohumlarının yanına getmək istəyən zəlzələ qurbanları əvvəlcə konsulluqlara gedib viza üçün şəxsən müraciət etməlidirlər.

    Qaziantep Baş Konsulluğu zəlzələ səbəbindən bağlandığı üçün Belçikaya gəlmək istəyən şəxs Ankara, İstanbul və ya Antalyaya getməlidir.

    ZƏLZƏLZƏ ZƏRƏRÇƏKƏNLƏRİNDƏN EYNİ SƏNƏDLƏR TƏLƏB EDİLƏCƏK

    Nieuwsblad qəzetinin yazdığına görə, əsl problem bu mərhələdə başlayır. Viza müraciəti üçün zəlzələ qurbanlarının etibarlı pasportu, səyahət tibbi sığortası, dolanışıq və yaşayış vasitələri ilə bağlı sənədlər və qalma məqsədi ilə bağlı bir çox sənədlər tələb olunur.

    Belçika hökumətinin məlumatına görə, zəlzələdən zərərçəkmişlər üçün viza müraciətində məzmun dəyişikliyi olmayacaq. Şengen vizası üçün müraciət edən Türkiyə Respublikasının bütün vətəndaşlarından normal olaraq tələb olunan sənədlər də zəlzələ qurbanları üçün məcburi olacaq.


    Əşyaları dağıntılar altında qalan zəlzələdən sağ çıxanlar viza almaq üçün konsulluğa və ya səfirliyə bir yığın sənəd təqdim etməlidirlər.

    Hər şeyini itirmiş zəlzələ qurbanları üçün bu sənədlərin toplanmasının həftələr çəkə biləcəyi, buna görə də “sürətli viza”nın göründüyü qədər sürətli olmayacağı vurğulanır.

    Suriyalı zəlzələdən sağ çıxanlar üçün vəziyyət daha çətindir. Avropa İttifaqı (Aİ) ilə Dəməşq hökuməti arasında yaşanan gərginlik səbəbindən zəlzələdən zərər çəkən suriyalılar Şengen vizasına müraciət etmək üçün Livanın paytaxtı Beyruta getməli olacaqlar.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR