AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Əsədov iclas keçirdi

  • + A
  • - A
  • 17-02-2023, 21:52

    Əli Əsədov iclas keçirdi


    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib

    Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamlarından Nazirlər Kabinetinə həvalə olunan tapşırıqların icrası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəalliyyət planının əsas istiqamətləri və nəticələri, təşkilati-struktur məsələləri geniş müzakirə olunub.

    İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının təqdimatı dinlənilib.

    İclasın yekununda “Strategiyada və Böyük Qayıdışa dair I Dövlət Proqramında” nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müvafiq tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR