AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev - "Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər" - SON DƏQİQƏ

  • + A
  • - A
  • 18-02-2023, 20:18

    Prezident İlham Əliyev - "Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər" -


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev az sonra baş tutacaq Azərbaycan, Gürcüstan və Ermənistan arasında panel müzakirəsinin keçirilməsi ilə bağlı sualı cavablandırıb.

    Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində "Tbilisi Formatı"nın gündəmə gələ biləcəyini istisna etməyib.

    "Ola bilər, çünki bu təbii olar. Biz də bunu alqışlayırıq. Və mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi bir qədər tərəddüdlə buna yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı. İlkin variantda Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi. Dünən axşam yəqin ki, belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki, nəhayət ki, Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər", - dövlət başçısı qeyd edib.

    Unikal


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR