2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter"də yazıb.
Nazir bildirib ki, bu, öncəki illə müqayisədə 53,3 % çoxdur.
M.Cabbarov qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.