AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa yəhudilərin Nablusdakı hücumunu pisləyib - Eksklüziv

  • + A
  • - A
  • 27-02-2023, 18:38

    Fransa yəhudilərin Nablusdakı hücumunu pisləyib -



    Bakı, 27 fevral — Azadmedia.az

    Fransa yəhudilərin Nablusdakı hücumunu pisləyib.

    Fransa İsrailin işğalı altında olan İordan çayının qərb sahilindəki Nablus şəhərində yəhudi mühacirlər tərəfindən fələstinlilərə olan hücumu pisləyib.

    Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Fransanın İordan çayının qərb sahilində, xüsusilə Huvara qəsəbəsində nəzarətdən çıxan zorakılıqları böyük narahatlıqla izlədiyi bildirilib.

    Açıqlamada bir nəfərin ölümünə səbəb olan və əhəmiyyətli dağıntılara səbəb olan fələstinli mülki şəxslərə qarşı zorakılığın qəbuledilməz olduğu vurğulanaraq, “Fransa xüsusi olaraq İsraili işğalçı dövlət kimi məsuliyyətinin bir hissəsi olaraq Fələstinli mülki vətəndaşları müdafiə etməyə və bugünkü zorakılıqları törədənləri mühakimə etməyə çağırıb. Fransa bütün tərəfləri zorakılığa təhrik etməkdən çəkinməyə və gərginliyin azaldılmasına töhfə verməyə çağırıb”.

    İsrail hərbçiləri fevralın 22-də Nablusda həyata keçirdikləri basqında 11 fələstinlini öldürüb, 6-sı ağır olmaqla 100-dən çox fələstinlini yaralamışdı.

    Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2022-ci ildə yəhudi mühacirlər fələstinlilərə və onların İordan çayının qərb sahilindəki mülklərinə qarşı 849 hücum həyata keçirib. İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüds ətrafında 700 minə yaxın yəhudi köçkün yaşayır. İordan çayının qərb sahili və Şərqi Qüdsdəki yəhudi məskənləri beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olunur

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR