AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Bankından verilən məlumata görə, Türkiyədəki Zəlzələlər milyardlarla dollar fiziki ziyana səbəb oldu - Eksklüziv Araşdırma

  • + A
  • - A
  • 28-02-2023, 15:16

    Dünya Bankından verilən məlumata görə, Türkiyədəki Zəlzələlər milyardlarla dollar fiziki ziyana səbəb oldu -


    Dünya Bankı Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərin 34 milyard dollardan çox maddi ziyana səbəb olduğunu açıqlayıb.

    Fəlakətin qiymətləndirilməsi hesabatında o da qeyd olunub ki, zamanla artacaq təkanlar və zərər təxminləri arta bilər.

    Dünya Bankı fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərin Türkiyə iqtisadiyyatına təsirini qiymətləndirib.

    Sürətli zərər qiymətləndirmə hesabatına görə, zəlzələlər 34 milyard 200 milyon dollar fiziki ziyana səbəb olub.


    Hesabatda zəlzələlərin vurduğu zərərin dəyəri açıqlanıb, bu, 2021-ci ildə Türkiyənin ÜDM-nin 4%-nə uyğundur.

    Bu zərərin afterşoklarla daha da arta biləcəyi bildirilib.

    Zərərin qiymətləndirilməsinə bərpa və yenidənqurma xərcləri daxil deyil

    Hesabata görə, təxmini zərərin yüzdə 81-i təxminən 6 milyon 450 min insanın yaşadığı Hatay, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyamanda meydana gəlib.

    Zərərlərin 18 milyard dolları yaşayış evlərində, 9 milyard 700 milyon dolları isə digər binalarda baş verib.

    İnfrastruktur obyektlərinə də 6 milyard 400 milyon dollar ziyan dəyib.

    Hesabatdakı zərərin təxmininə bərpa və yenidənqurma xərcləri daxil deyil.

    Qeyd edək ki, Dünya Bankı yardım və bərpa səylərinə kömək etmək üçün fevralın 9-da 1 milyard 780 milyon dollarlıq ilkin yardım paketini elan açıqlamışdı.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR