AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şahdağ” yay-qış turizm mərkəzində bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkatma mərasimi keçirilib - Foto

  • + A
  • - A
  • 5-03-2023, 15:27

    “Şahdağ” yay-qış turizm mərkəzində bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkatma mərasimi keçirilib -


    Bakı, 5 mart — Azadmedia.az


    “Şahdağ” yay-qış turizm mərkəzində bədii gimnastika üzrə 17-21 may tarixlərində ölkəmizdə təşkil olunacaq 39-cu Avropa çempionatının püşkatma mərasimi keçirilib.

    Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə ölkəmizdə gimnastika növü üzrə mötəbər yarışın püşkatma mərasimi paytaxt Bakıda deyil, bölgədə təşkil olunur.

    Xatırladaq ki, Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar ötən il iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.

    Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq. Xatırladaq ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR