AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bravo” hipermarketi normal fəaliyyətini bərpa edib

  • + A
  • - A
  • 5-03-2023, 16:06

    "Bravo” hipermarketi normal fəaliyyətini bərpa edib

    Bakının Xətai rayonunda yerləşən inkasso xidmətinin əməkdaşlarına silahlı basqın nəticəsində fəaliyyətini dayandıran “Bravo” hipermarketi normal fəaliyyətini bərpa edib. Obyekt bu gün saat 07:00-da alıcıların üzünə açılıb.

    Azadmedia.az xatırladır ki, odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev xəsarət alıb, onu mühafizə edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov dünyasını dəyişib. Hadisə nəticəsində hipermarketin müştəriləri və işçiləri xəsarət almayıb.

    Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Rəsmi qurumların ilkin məlumatına görə, silahlı insidentdə iştirakda şübhəli bilinənlərdən biri, 2001-ci il təvəllüdlü Rüxlan İsmayılov zərərsizləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən 1 nəfər də saxlanılıb.

    Hadisədə iştirak edən digər şəxs və ya şəxslərin saxlanılması ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR