AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İndoneziyada Merapi vulkanında püskürmə baş verdi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 12-03-2023, 17:51

    İndoneziyada Merapi vulkanında püskürmə baş verdi -


    Bakı, 12 mart - Azadmedia.az

    İndoneziyanın ən aktiv vulkanlarından biri olan Merapidə püskürmə baş verib. Vulkan kül və tüstü səpdi.
    İndoneziyanın Yava adasının mərkəzi ilə Yoqyakarta arasında yerləşən 2963 metr yüksəklikdəki Merapi vulkanında yerli vaxtla saat 12:00 radələrində partlayış baş verib.

    Vulkanın 7 kilometrə qədər kül və tüstü səpdiyi, 1,5 kilometr uzunluğunda lava axınının müşahidə edildiyi bildirilib.

    Vulkana yaxın ərazilərdə yaşayanlardan təhlükəli olaraq təyin olunan ərazidə bütün fəaliyyətləri dayandırmaları istənilib.

    İndiyədək heç kim təxliyə edilməyib.

    2010-cu ildə Merapi vulkanında baş verən partlayışlar nəticəsində ən azı 200 nəfər həyatını itirib, yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR