AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Portuqaliyalı hücumçu dünya rekorduna imza atdı - SON DƏQİQƏ

  • + A
  • - A
  • 24-03-2023, 01:05

    Portuqaliyalı hücumçu dünya rekorduna imza atdı -


    Portuqaliyalı hücumçu Kristiano Ronaldo dünya rekorduna imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.

    Belə ki, 38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk 11-də başlayıb. Bu, onun millidə 197-ci oyunudur. Hazırda oyun davam edir.

    Ronaldo Portuqaliya millisinin tərkibində 2016-cı ildə Avropa çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

    Qeyd edək ki, Ronaldoya qədər Küveyt yığmasında 196 oyun keçirən Bader əl-Mutavanı siyahıya başçılıq edirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR