AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ ticarət nazirinin köməkçisi Azərbaycana gəlib

  • + A
  • - A
  • 3-04-2023, 01:15

    ABŞ ticarət nazirinin köməkçisi Azərbaycana gəlib

    ABŞ ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və bu ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman Azərbaycana gəlib. Azadmedia.az-ın məlumatına görə ABŞ-ın Bakıdakı səfirliyindən bildiriblər ki, səfər çərçivəsində o, Türkiyə, Ermənistan və Gürcüstana da səfər edəcək.

    Beynəlxalq ticarətdə 20 ildən artıq təcrübəyə malik olan Venkataraman peşəkar karyerası boyunca özəl şirkətlərə, beynəlxalq təşkilatlara və ABŞ hökumətinə məsləhətlər verib.

    Ticarət katibinin köməkçisi Venkataraman Bakıya səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla birlikdə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək, ABŞ şirkətləri ilə görüşəcək və ABŞ-Azərbaycan iqtisadi və enerji tərəfdaşlığının əhəmiyyətini vurğulayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR