AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Heydər Əliyev Mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün maarifləndirici tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-04-2023, 10:06

    Masallıda Heydər Əliyev Mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün maarifləndirici tədbir keçirilib -

    Masallı, 15 aprel — Azadmedia.az

    Aprelin 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün maarifləndirici tədbir keçirilib.

    Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında iştirakının mental və mənəvi stimullaşdırılması ictimai öhdəliklərdəndir. D. İbayeva həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunmasında, onların hərtərəfli inkişafı üçün həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb.
    Tədbirdə iştirak edən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin cənub regionu üzrə nümayəndəsi Əfrail Fərziyev, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, fiziki məhdudiyyətli şəxslər və fiziki məhdudiyyətli uşaqların valideynləri fiziki məhdudiyyətli insanlar üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürüblər.
    Daha sonra çay süfrəsi arxasında səmimi söhbət aparılıb.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR