AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilləri Fazil Mustafanı ziyarət ediblər FOTO

  • + A
  • - A
  • 15-04-2023, 22:53

    Millət vəkilləri Fazil Mustafanı ziyarət ediblər


    Bakı, 15 aprel — Azadmedia.az


    Millət vəkili Məşhur Məmmədov həmkarları Elnur Allahverdiyev və Mahir Abbaszadə ilə Fazil Mustafanı ziyarət ediblər.


    Azadmedia.az xəbər verir ki, bu barədə millət vəkili Məşhur Məmmədov sosial media hesabı üzərindən paylaşım edib:

    M. Məmmədov qeyd edib ki, “bu gün həmkarlarım Elnur Allahverdiyev və Mahir Abbaszadə ilə Fazil bəyi ziyarət etdik, dəyərli həmkarımızın evində qonaq olduq. Şükürlər olsun, səhhəti düzəlir, evində, ailəsinin yanındadır. İnşallah tezliklə Milli Məclisdə parlamentin iclaslarına qatılacaq.
    Fazil bəyə tezliklə tam sağalmağı və Milli Məclisə dönməyi arzuladıq. Yastığı yüngül olsun!”

    Xatırladaq ki, millət vəkili Sabunçu rayonunun Zabrat qəsəbəsində, evinin yaxınlığında güllələnmişdi.
    Fazil Mustafanın güllələnməsi paytaxtda son bir aya yaxın müddətdə odlu silah istifadə edilən dördüncü hadisə idi.
    Deputatın güllələnməsindən əvvəl Fəvvarələr meydanında, Xətai rayonunda Bravo hipermarketində və Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insidentlər baş vermişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR