Suriyanın şimalında PKK/YPG terror təşkilatının yaraqlıları Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalara hücum edib.
Belə ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nəzərinizə çatdıraq ki, hücum nəticəsində 4 nəfər yaralanıb. Qeyd olunub ki, hücumlar “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgələrində baş verib.
Qeyd edək ki, “Təsbit edilən hədəflərə artıqlaması ilə cavab verilir”, - Türkiyənin müdafiə qurumu bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.