“Aprelin 27-də “Akkuyu”da təzə yanacağın əldə olunması ilə bağlı mərasim keçiriləcək. Sahəyə təzə yanacağın tətbiqi ilə “Akkuyu” elektrik stansiyasına çevriləcək. Vladimir Putin də mərasimdə videokonfrans vasitəsilə iştirak edəcək”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı proqramlardan birində gündəmlə bağlı açıqlama verərkən bildirib.
Türkiyə lideri qeyd edib:
“Sakarya qaz yatağı kəşfiyyatdan hasilata qədər ən sürətli inkişaf layihəsidir. Biz 3 il ərzində bu sahədə hasilatı 40 milyon kubmetrə çatdıracağıq. 2-ci mərhələ bitdikdə bütün yaşayış evlərinin qaz ehtiyacını ödəyəcək səviyyəyə çatacağıq. Mərkəzi Qara dənizdə seysmik tədqiqatlar tamamlanıb. Bundan sonra qazma işlərinə başlanılacaq. Bu, regionda potensialın yüksək olduğunu göstərir”.
Ərdoğan vurğulayıb ki, Türkiyə Trakyadan qərbə təbii qaz nəqlini və paylanmasını həyata keçirəcək.
“Akkuyu” AES-in birinci blokunun təməli 3 aprel 2018-ci ildə Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə qatıldığı mərasimlə qoyulub.
Mənbə: CNN
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.