AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? — DOSYE

  • + A
  • - A
  • 22-04-2018, 14:27

    Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? — DOSYE














    Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
    “Ölkə.Az” xəbər verir ki, sərəncama əsasən, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
    Sahil Babayev 1980-ci ildə anadan olub.

    2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

    1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.
    2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

    2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

    Ailəlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR