AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu deputatı Məşhur Məmmədovun köməkçiləri Ağakişibəyli kənd Şəhidi Nurlan Əbilovun 2-ci ildönümündə iştirak ediblər - FOTOLAR

  • + A
  • - A
  • 19-04-2023, 14:14

    Masallı rayonu deputatı Məşhur Məmmədovun köməkçiləri Ağakişibəyli kənd Şəhidi Nurlan Əbilovun 2-ci ildönümündə iştirak ediblər -


    Masallı, 19 aprel — Azadmedia.az


    Bu gün 44 günlük Vətən müharibəsinin şəhidi, Ağakişibəyli kənd sakini olmuş Əbilov Nurlan Fərrux oğlunun (02.08.1994-19.04.2021) şəhadətinin 2-ci ildönümü tamam olur.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Milli Məclisin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən, köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynov 44 günlük Vətən müharibəsinin şəhidi Əbilov Nurlan Fərrux oğlunun 2-ci ildönümündə iştirak ediblər.

    Belə ki, Şəhid Nurlan Əbilovun məzarı deputat Məmmədovun köməkçiləri tərəfindən ziyarət edilib, ailəsinə və övladlarına baş çəkilib, şəhidin  yaxınlarına   baş sağlığı verilib.

    Ağakişibəyli kənd Şəhidinin ailəsi və yaxınları Əbilov Nurlan Fərrux oğlunu heç vaxt unutmayan, hər daim ailəsinin qayğısına qalan və problemlərinin həllində əlindən gələn köməkliyi göstərən rayonun deputatı Məşhur Məmmədova köməkçilərinin timsalında minnətdarlıqlarını bildiriblər.

    Eyni zamanda, Vətənimizin ərazi bütövlüyü, dövlətimizin müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş şücaətli Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlərlə bağlı, həmçinin şəhid ailələrinə böyük qayğı ilə əlaqədar Şəhid Nurlanın ailəsi Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

    Xatırladaq ki, Şəhid Nurlan Əbilov, 2011-ci ildə BDU-nin  daxil olub və coğrafiya fakültəsini bitirib. 2017-2018 cı illərdə həqqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılaraq 08 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb. 6 ay komada qalan qazı 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Şəhidin 2 azyaşlı övladı var.

    Allahdan bütün şəhidlərimizə rəhmət eləsin!🇦🇿


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR