Adanada AK Partinin Çukurova təşkilatının zəlzələ səbəbiylə boşaldılmış binasına atəş açılıb.
 "TRT Haber"-in xəbərinə görə, gənc kişi ümumilikdə 14 dəfə atəş açıb.
Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.
AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb: "Bütün təşkilatımıza keçmiş olsun".
Ədliyyə naziri Bekir Bozdağ da hadisəni pisləyib.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.