Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-dən 30-dək keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin yenilənmiş təqvimini dərc edib.
İlk məşq cümə günü, aprelin 28-də yerli vaxtla saat 13:30-dan 14:30-a qədər (Moskva vaxtı ilə bir saat sonra - red. qeyd) baş tutacaq. Azərbaycan Qran Prisinə pilotların yerləşdirilməsinin müəyyənləşdirilməsi üçün saat 17:00-dan 18:00-dək təsnifat yarışı təşkil olunacaq.
Aprelin 29-da saat 12:30-dan 13:30-a kimi sprint yarışı üzrə təsnifat, 17:30-dan 18:30-dək isə sprint yarışı keçiriləcək. Xatırladaq ki, sprint yarışı “kral yarışı”nın Bakı mərhələsinin tarixində ilk dəfə keçiriləcək.
Azərbaycan Qran Prisi aprelin 30-da saat 15:00-da başlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.