AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə mini futbol üzrə rayon turniri keçirilir - FOTOLAR

  • + A
  • - A
  • 26-04-2023, 20:22

    Ağcabədidə mini futbol üzrə rayon turniri keçirilir -


    Bakı, 26 aprel — Azadmedia.az


    Ağcabədidə mini futbol üzrə rayon turniri keçirilir.

    25 aprel – 10 may 2023-cü il tarixlərdə Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş idarə, təşkilat və müsəssisələr arasında mini futbol üzrə rayon turniri keçirilir.

    Turnirin açılış mərasimi aprelin 25-də Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuşdur.

    Belə ki, açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər olmaqla 800 dən çox ictimaiyyət nümayəndələri iştirak etmişdir.

    Öncə Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
    Açılış mərasimini giriş sözü ilə açan Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev turnirin mahiyyət və məqsədləri barədə məlumat vermişdir.
    Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açılış mərasimində çıxış edərək əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinə və idmanına göstərilən xüsusi diqqət və qayğıdan bəhs etmiş, yarış iştirakçılarına uğurlar arzu etmişdir.
    Turnirin açılış mərasimində Vətən müharibəsi əlili, MMA idman növü üzrə məşqçi –müəllim Cavid Allahverdiyev çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahəyə yaradılan şəraitdən söhbət açmışdır. İdmançılar üçün yaratdığı şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişdir.
    Sonra açılış mərasimi bədii hissə ilə davam etmişdir.
    Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun topa ilk olaraq simvolik vuruşu ilə oyunlara start verilmişdir.
    Qeyd etdək ki, turnirdə idarə, təşkilat və müəssisələrdən 18 komanda olmaqla 4 qrupda mübarizə aparcaqlar. Turnirin final oyunu mayın 10-da keçiriləcəkdir.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR