AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mir Cəlal Paşayevin 115 illiyi qeyd olundu - FOTO

  • + A
  • - A
  • 28-04-2023, 10:25

    Mir Cəlal Paşayevin 115 illiyi qeyd olundu -


    Bakı, 28 aprel — Azadmedia.az

    Artiq 15 ildir ki, Mir Cəlal Paşayevin doğum və anım günləri onun adını daşıyan bu ocaqda bir təntənə, qürur və səmimiyyətlə qeyd olunur. Tədbir vətənin azadlığı uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

    Azadmedia.az xəbər verir ki, tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev, AMEA Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitunun şöbə müdiri Ruziyyə Quliyeva, Gəncə Yazıçılar birliyinin sədri şairə Xəzangül Hüseynova, yazıçı, jurnalist, dramaturq və ictimai xadim Nüşabə Əsəd Məmmədli, Gəncə Dövlət Universitetinin dekanı, alim, Azərbaycan Yazıçılar Birliyinin Üzvü şair Bayram Apoyev, ədibin adını daşıyan 39 nömrəli məktəbin direktoru Nizami Rzayev iştirak etdilər.

    Tədbiri muzeyin bələdçisi Orucova Dilbər apararaq XX -əsr ədəbiyyatının fenomeni olan, ədəbiyyatımıza böyük töhvələr verən, hekayələri, povestləri, romanları ilə hər zaman oxucularını düşündürən dəyərli insandan
    - Mir Cəlal Paşayevdən ürək dolusu danışdı. Daha sonra Gəncə İncəsənət məktəbinin musiqiçiləri milli muğamlarımızla qonaqlara xoş əhval ruhiyyə bəxş etdilər. Bayram Apoyev, Nüşabə Əsəd Məmmədli , İnqilab İsaq, Ruziyyə Quliyeva ədiblə bağlı şəxsi xatirələrindən ürəkdolusu danışaraq böyük insanı dərin məhəbbətlə andılar. Tədbirdə ədibin adını daşıyan 39 nömrəli orta məktəbin şagirdləri Mir Cəlal Paşayevin əsərlərindən ibarət kompazisiya ilə çıxış etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR