AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı ilk dəfə olaraq bu iki ölkəyə Sanksiya tətbiq edə bilər - SON DƏQİQƏ

  • + A
  • - A
  • 8-05-2023, 08:57


    Avropa İttifaqı ilk dəfə olaraq bu iki ölkəyə Sanksiya tətbiq edə bilər -

    Avropa İttifaqı ilk dəfə olaraq Rusiyaya dəstək verdiyi iddia edilən Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırlaşır. Sanksiyalar həmçinin İran şirkətlərinə də aid edilə bilər.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

    Belə ki, “Brüssel Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiya hərbi maşınına dəstək verən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib”, - məqalədə qeyd olunub. Həmçinin, Avropa İttifaqının mümkün məhdudiyyətləri, çox güman ki, Brüsselin “qlobal təsir uğrunda mübarizədə” Vaşinqtonu dəstəkləməsinə mane olmaq istəyən Pekini narazı sala bilər. İddia olunur ki, Avropa Komissiyası Rusiyaya idxalı qadağan edilən malların siyahısını genişləndirmək imkanını da nəzərdən keçirib.

    Bundan əlavə, qəzetin yazdığına görə, Avropa İttifaqı bəzi İran şirkətlərinə “Rusiyaya kömək etdiyinə görə” sanksiyalar tətbiq etməyi təklif edib. Qəzet bildirib ki, Brüssel həmçinin tankerlərin Aİ ölkələrinin limanlarına daxil olması üçün “üzrlü səbəb olmadan” yerlərini gizlətmələrinə yasaq qoyulmasını müzakirə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR