ABŞ-ın maliyyə naziri Janet Yellen təxmini defolt tarixinin 1 iyun olduğunu təsdiqləyib və Konqresi milli borc tavanını mümkün qədər tez artırmağa çağırıb. Azadmedia.az xarici kiv-lərə istinadla xəbər verir ki, bu barədə nazirin qanunvericilərə ünvanladığı məktubda deyilir.
“Xəzinədarlıq Departamenti, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də, artıq bütün hökumət öhdəliklərini yerinə yetirə bilməyəcək”, - Yellen xəbərdarlıq edib.
O hesab edir ki, ABŞ-ın kredit qabiliyyətini qorumağın yeganə yolu dövlət borcunun tavanını artırmaqdır.
Hələ yanvar ayında ABŞ Xəzinədarlığı Konqresə dövlət borcunun təxmin edilən tavanının 31,381 trilyon dollara çatması ilə əlaqədar fövqəladə tədbirlərin başlanması barədə məlumat vermişdi.
ABŞ prezident administrasiyası onu şərtsiz qaldırmağı tələb edir, Nümayəndələr Palatası isə bu addımı büdcə xərclərinin azaldılması ilə əlaqələndirir.
Janet Yellen iddia edir ki, dövlət borcu ilə bağlı qərar qəbul olunmasa, hökumət hələ iyunun əvvəlində öz öhdəliklərini yerinə yetirməyə davam edə bilməyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.