AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda sənaye müəssisələrinin fəaliyyəti açıqlanıb - Statistika

  • + A
  • - A
  • 18-05-2023, 12:36

    Masallıda sənaye müəssisələrinin fəaliyyəti açıqlanıb -


    Bakı, 18 may — Azadmedia.az

    Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, rayonun sənayesi mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrindən ibarətdir. 2023-cü ilin yanvar-mart aylarında rayon ərazisində 24 sənaye müəssisəsi fəaliyyət göstərmişdir.

    Belə ki, 2023-cü ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 18,5 faiz artaraq 24742,7 min manat təşkil etmişdir.
    Məhsulun 77,6 faizi emal sənayesində, 21,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

    Qeyri-dövlət sektorunda istehsalın həcmi 19218,5 min manat olmuşdur. Bu da, ümumi sənaye istehsalının 77,7 faizini təşkil edir.

    Həmçinin, 01 aprel 2023-cü il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında özünün istehsalı olan 15126,7 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 61,1 faizini təşkil etmişdir. Hesabat dövrünün sonuna alınıb satılmaq üçün nəzərdə tutulmuş 650,0 min manatlıq məhsul mövcud olmuşdur.
    Emal sektorunun müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 20,8 faiz artaraq 19195,9 min manat təşkil etmişdir. Sahə üzrə məhsul istehsalının əsasını mebellərin istehsalı (74,7 faiz), qida məhsullarının istehsalı (17,2 faiz), tikinti materiallarının istehsalı (2,2 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (1,8 faiz), kimya sənayesi (1,8 faiz), poliqrafiya məhsullarının istehsalı (1,1 faiz) və digər emal sahələrinin sənayesi (1,2 faiz) təşkil edir.
    Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 9,5 faiz artaraq 5225,2 min manat təşkil etmişdir.

    Qeyd edək ki, Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi müqayisəli qiymətlərlə 37,9 faiz artaraq 321,6 min manat təşkil etmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR