AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artmışdır - Statistika

  • + A
  • - A
  • 19-05-2023, 18:53

    Masallıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artmışdır -


    Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz artaraq 22650,0 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 2718,0 min manatı və ya 12,0 faizini məişət xidmətləri təşkil edir.

    Həmçinin 2023-cü ilin yanvar-mart ayları ərzində ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 21,9 faiz artaraq 2996,0 min manat olmuşdur.

    Qeyd edək ki, göstərilən ictimai iaşə xidmətlərinin 0,3 faizi və ya 8,6 min manatı hüquqi şəxslər, 99,7 faizi və ya 2987,4 min manatı isə fiziki şəxslərin payına düşür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR