AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın hər gün artan dövlət borcunun səbəbləri .. - Atom Markaryan

  • + A
  • - A
  • 20-05-2023, 08:41

    Ermənistanın hər gün artan dövlət borcunun səbəbləri .. -



    Ermənistanın dövlət borcunun artım səbəbləri mükafatlar və dəbdəbəli səyahətlərdir.

    Azadmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat nəzəriyyəsi kafedrasının dosenti Atom Markaryan yerli mətbuata ölkənin dövlət borcunun son illər artım tendensiyasını şərh edərkən bildirib.

    Onun sözlərinə görə, mövcud hökumət üçün dövlət borcu “asan” puldur, qaytarılmasına görə məsuliyyətin böyük hissəsi növbəti hakimiyyət orqanlarının üzərinə düşür.

    "Bu gün hakimiyyətdəyəm və onu verməyə hazır olan hər kəsdən istənilən faizlə borc götürürəm. Sabah isə onu rəqiblərimə ötürəcəm (təbii ki, onlar hakimiyyətə gəlsələr), başları ağrıyacaq. Və borcun əsas yükünün cəmiyyətin çiynində olması isə indiki hökumətin vecinə deyil”, - Markaryan deyib.

    Bundan əlavə, mütəxəssis dövlət borcunun nəinki artdığına, həm də strukturunun keyfiyyətcə pisə doğru dəyişdiyinə diqqət çəkib. Onun sözlərinə görə, əgər əvvəllər daxili və xarici borcun nisbəti 20/80 idisə, bu gün daxili borcun dövlət borcunda xüsusi çəkisi iki dəfə artaraq, demək olar, 40/60 nisbətinə çatıb.

    "Bu, biabırçılıqdır. Dövlət öz problemlərini həll etmək üçün daxili bazardan pul çıxarır. Dəqiq bunlar məlumdur: ilk növbədə mükafatlar, dəbdəbəli səyahətlər, möhtəşəm qəbullar və şişirdilmiş dövlət aparatıdır. Dövlət borcunun artmasına səbəb olan bu kreditlər ultra müasir silah və texnologiyalara, sərhədlərin müasir texnika ilə təchiz edilməsinə və digər oxşar xarakterli problemlərin həllinə xərclənsəydi, bunu başa düşmək olardı. Amma biz bunu görmürük”, - o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR