AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Fərrux Əliyev - Müharibənin uşaq psixikasına təsiri və travmaların aradan qaldırılma yolları - REPORTAJ

  • + A
  • - A
  • 25-05-2023, 13:08

    Psixoloq Fərrux Əliyev -  Müharibənin uşaq psixikasına təsiri və travmaların aradan qaldırılma yolları -


    Fərrux Əliyev –
    Astara rayon mərkəzi xəstəxanasının psixoloqu,
    “Nömrə 1” psixoloji dəstək mərkəzinin əməkdaşı



    Müharibənin uşaq psixikasına təsiri və travmaların aradan qaldırılma yolları
    barədə araştırmamız əsnasında Azadmedia.az olaraq Astara rayon mərkəzi xəstəxanasının psixoloqu, “Nömrə 1” psixoloji dəstək mərkəzinin əməkdaşı Psixoloq Fərrux Əliyevə ünvanladığımız suallar barədə olan xüsusi açıqlamasını sizə təqdim edirik!



    Müharibə bütün dəhşətləri ilə bərabər uşaqların psxikasında dəhşətli izlər qoyur və bu izlər təkcə uşaqlıq dövrünü deyil, insanın yaşadığı bütün ömrü boyu öz təsirini insanın idrakında, şəxsiyyətində və emosiyalarında buraxır. Uşaqlar bu travmalarla böyüdükcə onlarda aqressiya, antisosial keyfiyyətlər formalaşır və cəmiyyət üçün fəsadlı fərdlərə çevrilmə ehtiamlları artır. Yandırlmış evlər, dağıdılmış yaşayış məskənləri, yaxınların itirilməsi, zorakılıqlar ciddi psixoloji travmalar yaradan amillərdəndir. Müharibənin uşaqların üçün yaratdığı psixoloji problemlər arasında bu problemlər üstünlük təşkil edir.

    1. Həyəcan və təşviş – uşaqlar hər bir hadisəyə ciddi və təşvişli rekasiya verir, özlərini ifadə etməkdə çətinlik çəkir, özünəinam ciddi şəkildə aşağı düşür.

    2. Qorxu – uşaqlarda müxtəlif qorxular və fobiyalar formalaşır, travma zamanı gördükləri hər şeydən ciddi şəkildə qorxur, həmin əşya və predmetlərə fobik reaksiyalar göstərirlər. Bu silah, heyvan, hərbi geyim, hər hansısa bir texnika və ya şəxslər ola bilər.

    3. Postravmatik stress – müharibə zamanı uşaq psixikasına ən ciddi və geniş yayılmış pozuntu kimi dəyərləndirilir. Travma almış uşaq həmin hadisəni xatırladıqda belə sanki o hadisəni yaşamış kimi hisslər keçirir. Bunun təsirindən uzun müddət çıxa bilmir. Bu problem nəticəsində uşaqlarda aqressivlik artır, diqqətin mərkəzləşməsi pozulur, yaddaş zəifləyir, hər bir hadisəyə şişirdilmiş reaksiyalar özünü göstərir, yuxusuzluq yaranır, ümidsizlik və depressiya kimi hallar baş verir, arzuolunmayan xatirələr uzun müddət davam edir.


    Müharibə travması almış uşaqlara necə kömək etmək olar?

    Bu problemləri aradan qaldırmaq üçün bir sıra üsul və vasitələr mövcuddur. Uşaqlarla aparılan işlər ilk öncə peşəkar mütəxəssislər, psixoloqlar, sosioloqlar və xüsusi pedaqoqlar tərəfindən aparılmalıdır.


    - Qrup şəklində iş – bu iş zamanı uşaqlarla müxtəlif rollu oyunlar keçirilir, uşaqlarda özünəinam formalaşdırılır.

    - Kütləvi iş – uşaqlarla bərabər onların valideynləri və müəllimləri də bura daxilir olur və birlikdə müxtəlif treninqlər həyata keçirilir, qarşılıqlı münasibətlər formalaşdırılır, bu tip uşaqlarla davranış tərzi haqqında valideynlər və müəllimlər maarifləndirilir.

    - Fərdi iş – uşaqlarla fərdi olaraq psixokonsultativ və psixoterapevtik seanslar aparılır. Arzuolunmaz xatirlər, həyəcan, qorxu müxtəlif üsullarla korreksiya olunur.

    Müharibə travmalarını aradan qaldırmaq üçün ən uyğun üsullardan biri, XX əsrin əvvəlllərində amerikalı alim Albert Ellis tərəfindən irəli sürülən “Rasional – emotiv terapiya” üsuludur. Bu üsulla uşaqlar travmalarını daha dərindən dərk edir, onu aradan qaldrımağın üsullarını özləri mənimsəyib davranışlarında tətbiq edir və emosiyalarını ələ almağı bacarırlar.


    ​Müharibə travması yaşamış uşağın yaxınları tərəfindən peşəkar bir psixoloqa müracət etməsi əsas şərtlərdəndir və daha qısa zaman ərzində həmən travmalar korrreksiya olunub aradan qaldırılır.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR