Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanın həmsədrliyi ilə regional kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun görüşü planlaşdırılır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədin keçmə prosedurunu, o cümlədən gömrük və sərhəd nəzarətinin həyata keçirilməsini müzakirə edəcəklər.
Azadmedia.az xatırladır ki, Paşinyan İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya ilə bağlı ilkin razılıq əldə etdiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.