İyulun 1-dən Türkiyə hakimiyyəti İstanbul və Çanaqqala boğazından keçid haqqını 8,3% artıracaq. Ankara ilin sonuna qədər bundan əlavə 900 milyon dollar qazanc gözləyir.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Belə ki, rüsumların məbləği 1936-cı ildə boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır:
“Ötən ilin oktyabrında Türkiyə hakimiyyəti artıq ticarət gəmilərinin boğazlardan keçməsi üçün rüsumları 5 dəfə - 0,8 dollardan 4,08 dollara qaldırıb”.
Qeyd edək ki, bundan sonra qiymət sabit qalmayacaq və hər il iyunun 1-dən etibarən Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.