Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların bloklanması məsələsində razılığa gəliblər, lakin texniki məsələlər var ki, onlara aydınlıq gətirilməlidir.
“Ümumi məsələlərdə (kommunikasiyaların bloklanması) qarşılıqlı anlaşma var, mövcud problemlər texniki xarakterlidir, hansı yüklərin hansı marşrutda olması... Biz bütün yolların bağlanmasının tərəfdarıyıq”, - Simonyan bildirib.
Xatırladaq ki, iyunun 2-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mher Qriqoryanın həmsədrliyi ilə regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib. Danışıqlardan sonra Overçuk bildirib ki, tərəflər Yeraşx - Culfa - Meğri - Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası üzrə konkret addımlar barədə ümumi razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.