AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO ölkələri Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə çağrıldı - Avropa Parlamenti

  • + A
  • - A
  • 15-06-2023, 17:21

    NATO ölkələri Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə çağrıldı -


    Avropa Parlamenti NATO ölkələrini Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə və Kiyevin Alyansa qoşulmağa dəvətinə yol açmağa çağırır.

    Azadmedia.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnamədə bildirilib.

    Belə ki, həmin qətnamənin qəbuluna 425 deputat səs verib.

    Həmçinin qətnamədə Avropa Parlamentinin üzvləri müharibə bitdikdən sonra üzvlük prosesinin başlayacağı və ən qısa zamanda tamamlanacağı gözləntilərini ifadə ediblər.

    Qeyd olunub ki, Ukrayna tamhüquqlu üzvlüyə nail olana qədər Avropa Birliyi və NATO müttəfiqləri müharibədən dərhal sonra həyata keçiriləcək təhlükəsizlik təminatları üçün müvəqqəti çərçivə hazırlamaq üçün Ukrayna ilə sıx əməkdaşlıq etməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR