AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Zuvand kəndinin sakinləri ilə görüş keçirib - FOTOLAR

  • + A
  • - A
  • 16-06-2023, 02:21

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Zuvand kəndinin sakinləri ilə görüş keçirib -


    RİH Başçısı 13.06.2023-cü il tarixdə Köhnə Zuvand kənd sakinləri ilə görüşdü

    13 iyun 2023-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Güllütəpə kənd İƏD-si üzrə nümayəndəliyinin Rayonun mərkəzindən 25 km uzaq məsafədə, dağlıq ərazidə yerləşən Köhnə Zuvand kəndində keçirmişdir.

    Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etmiş, sözü Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynova verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəmişdir.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmiş və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR