Gənclər arasında narkotik aludəçiliyinin yaranmaması və pis vərdişlərin qarşısının alınmasını barədə danışmazdan əvvəl idmanın əslində nə kimi faydaları olduğunu İdman bir fiziki fəaliyyət olmaqla yanaşı, cəmiyyətin gümrah qalması və sağlamlığın qorunması üçün əsas vacib amildir.
idman fəaliyyəti zamanı gələn maddi gəlirlərlər əlavə, kütləvi şəkildə cəmiyyət üçün idmanın faydaları özündə şəxsiyyətin ruhən və fiziki təkmilləşdirilməsi, vaxtın səmərəli keçirilməsi, ünsiyyətin artırılması, sağlamlığın qorunması, stressdən azad olmaq, rəqibə qarşı hörmət göstərilməsi və rəqabət ruhunun aşılanması kimi keyfiyyətləri ehtiva edir. Onu da qeyd etmək lazımdır ki, peşəkar idmançıların oyun zamanı aşıladıqları ədalət prinsipləri və onların idman vasitəsilə çatdırdıqları dəyərlər milyonlarla gənclərə örnək ola bilir.
İnsanlar antik dövrlərdən başlayaraq idmanın müxtəlif növləri ilə həm fərdi olaraq, həm də komanda formasında məşğul olmağa başlamışlar.
Gənclər arasında idman sevgisinı gücləndirməklə, avtomatik olaraq gənclərdə bir idmançı kimi bir çox qoruyucu faktorları gücləndirmək mümkündür. Belə ki, məşqçilər, menecerlər və idmançılar birlikdə çox vaxt keçirdikləri və ortaq bir məqsəd üçün çalışdıqları üçün güclü ünsiyyət və şəxsi əlaqələr inkişaf edir. Oyunçuların sağlamlığına zərər vura bilən və oyun qabiliyyətlərini təsir edə biləcək müxtəlif problemləri (məsələn, zərərli, pis vərdişlər) olduğunu öyrənə bilərlər və bu yolla idman cəmiyyətin inkişafı üçün əsl vasitə ola bilər.
Gənclər arasında narkotik maddə asılılığını azaltmağı hədəfləyiriksə, ilk növbədə insanlar arasında narkotik vasitələrin istifadəsinin yayılma arealı və təhlükə dərəcəsini öyrənmək lazımdır. İstifadə olunan maddələrin növləri, ilk istifadəçinin yaş həddi, istifadə səviyyəsi (təcrübi, təsadüfi, müntəzəm və ya asılı), sağlamlığa və cəmiyyətin təhlükəsizliyinə dəyən zərərlər, istifadəyə töhfə verən amillər (risk faktorları) və amillər haqqında məlumat toplamaq lazımdır.
"İdmanla məşğul olan gənclər praktikada başa düşməlidirlər ki, onların ən yaxın dostu özləridir. Nə qədər sağlamlıqlarını qorusalar, bir o qədər yaxşıdır. Və onların bədənləri də uzun müddət sağlam qalacaq. Narkotik nədir? Narkotik bdən potensialının dağıdılması bahasına şüurun həzz almasıdır. Bu, sevdiyiniz iti şəkərlə bəsləyib, onun ölümünü yaxınlaşdırmasına bənzəyir. İnsan özünə çox ciddi şəkildə nəzarət etməlidir, çünki insanın ən yaxın dostu özüdür. Ali məxluq kimi insan öz bədənini zəhərləməməlidir".
Narkotik istifadənin vəziyyəti haqqında dəqiq təsəvvür yaratmaq üçün vəziyyətin dəyərləndirilməsi və bunun üçün isə bir çox mənbələrdən məlumat toplanması vacibdir.
Güloğlan Cabbarlı
Dünya və Avropa çempionu