AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İyulun 3-ü Uşaq İncəsənət Festivalının II mərhələsinə, regional mərhələyə start verilir - MN

  • + A
  • - A
  • 26-06-2023, 14:52

    İyulun 3-ü Uşaq İncəsənət Festivalının II mərhələsinə, regional mərhələyə start verilir -



    Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, "BP Azerbaijan" şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci mərhələsinə sayılı günlər qalır.
    Regional mərhələ Azərbaycan Respublikasının 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.
    Birinci mərhələdə iştirak edən şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər. Bunun üçün www.uif.az saytına daxil olaraq “II mərhələ” bölməsinə keçid edərək iştitakçının qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaq lazımdır.
    Festival məkanına gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz xahiş olunur.
    Əziz iştirakçılar, Festivalın ikinci mərhələsində hər birinizə uğurlar arzu edirik!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR