AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkənin Avropa İttifaqına üzv ölkələrdə dondurulmuş aktivlərinin məbləği açıqlandı - SON DƏQİQƏ

  • + A
  • - A
  • 3-07-2023, 15:34

    Bu ölkənin Avropa İttifaqına üzv ölkələrdə dondurulmuş aktivlərinin məbləği açıqlandı -


    Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra bu ölkənin Avropa İttifaqına üzv ölkələrdə dondurulmuş aktivlərinin məbləği açıqlanıb.

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders Haaqada keçirilən mətbuat konfransında bildirib.

    Belə ki, onun sözlərinə görə, Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği hazırda 207 milyard avro təşkil edir.

    Həmçinin “Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını müzakirə edir”, - deyə Didye bildirib.

    Qeyd edək ki, Reynders onu da əlavə edib ki, Avropa Komissiyası bu yolla ildə 3 milyard avroya qədər vəsait əldə edəcəyini gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR