AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb - FOTO

  • + A
  • - A
  • 17-07-2023, 15:30

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb -

    Bakı, 17 iyul — Azadmedia.az

    Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalı iyulun 15-də təntənəli bağlanış mərasimi ilə başa çatıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edib və iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə festivalda uğurla çıxış edib.

    Tamaşa festivalın beynəlxalq münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib və münsiflərin qərarı ilə “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb.

    Festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edib.

    Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR