Ermənistan Laçın yolu məsələsi ilə bağlı siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur, onun vasitəsilə tibbi evakuasiya və ləvazimatların daşınması mümkündür. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı ölkələrinin, Türkiyə və ABŞ səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra sosial şəbəkədəki rəsmi səhifəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Brüsseldə keçirilən görüşdə Qarabağ erməniləri üçün humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun istifadəsinə dair razılıq əldə olunub.
Prezidentin köməkçisi əlavə edib ki, bu məsələ Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatında da qeyd olunub, Ermənistanın Ağdam yolundan istifadə etməkdən imtina etməsi və yalnız Laçın yolundan istifadə etməkdə israr etməsi və bu məsələni siyasiləşdirməsi qəbuledilməzdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.