AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avqustun 4-də Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 28-07-2023, 13:25

    Avqustun 4-də Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 4-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında *Quba, Qusar və Xaçmaz* rayon sakinlərinin qəbulunu keçirəcək.

    Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR